İqtisadiyyat

Orxan Nəzərli: "Ötən il fiskal daxilolmaların həcmi 24 milyard manatdan çox olub"

05 Mar 2026, 11:48 1 baxış
Orxan Nəzərli: "Ötən il fiskal daxilolmaların həcmi 24 milyard manatdan çox olub"
"Ötən il Dövlət Vergi Xidmətinin (DVX) üzərində olan fiskal daxilolmaların həcmi 24.2 milyard manata çatıb". Oxu.Az xəbər verir ki, bu fikirləri DVX-nin rəisi Orxan Nəzərli "Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar" mövzusunda keçirilən forumda deyib. O bildirib ki, bu da ümumi fiskal yığımların 79.1 faizini təşkil edir: "2025-ci ildə cəmi vergi daxilolmaları proqnoza münasibətdə 105.5 faiz, qeyri-neft-qaz sektoru üzrə daxilolmalar isə 102.9 faiz icra edilib. Ümumilikdə dövlət büdcəsinə 16.4 milyard manata yaxın vergi daxilolması təmin edilib, bu zaman qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 12 milyard manatı keçib". Sədr bildirib ki, ötən il ərzində aktiv vergi ödəyicilərinin sayı 6.5 faiz artaraq 860 minə yaxınlaşıb ki, bu da 2019-cu illə müqayisədə 73.2 faiz çoxdur. Məlik Məlikov
Mənbə oxu.az

Oxşar Xəbərlər