Cəmiyyət

Bakıda məşhur restoran söküləcək

04 Mar 2026, 22:52 2 baxış
Bakıda məşhur restoran söküləcək

Bakı şəhəri Nizami rayon Bəkir Çobanzadə küçəsində yerləşən "Xan bağı" restoranı söküləcək.


Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı "Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən məhkəməyə müraciət olunub.


Bildirilir ki, "Xan bağı" restoranın bir hissəsi "Azəriqaz” İB-nin Nizami Qaz İstismarı Sahəsinə məxsus d-377 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasının üzərinə düşüb.


Məhkəmə "Azəriqaz” İB-nin tələbini əsaslı sayaraq sözügedən restoranın sökülməsi ilə bağlı qərar qəbul edib.


Qərara əsasən, fiziki şəxs Namiq Xankişi oğlu Qaybalıyevə məxsus "Xan bağı " restoranı sahibkarın öz hesabına sökülərək mühafizə zonasından çıxarılmalıdır.


Namiq Qaybalıyevin məhkəmə qərarından narazı qaldığı bildirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər