İdman

Dambrauskas darmadağından və "Borussiya"dan danışdı

17 Oct 2026, 19:03 2 baxış
Dambrauskas darmadağından və "Borussiya"dan danışdı

Bizim üçün ən önəmlisi bugünkü oyun idi. Bakıya qayıtdıqdan sonra "Borussiya" ilə matçın hazırlığına başlayacağıq. Yolumuza addım-addım davam edirik.


Axar.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas “Qəbələ” ilə keçirilən matçdan (4-0) sonra deyib.


O, bu gün keçirilən “Qarabağ” – “Neftçi” oyunundan da danışıb:


“Desəm ki, maraqlı deyil, yalan olar. Amma bəzi şeylər mənim nəzarətimdə deyil. Mən daha çox öz komandama nəzarət edə bilərəm. "Qarabağ" - "Neftçi" matçını neytral azarkeş kimi izləyəcəyəm”.

Mənbə axar.az

Oxşar Xəbərlər