Cəmiyyət

ADY Qadınlar Günü ilə bağlı sərnişinlərə müraciət etdi

04 Mar 2026, 16:54 2 baxış
ADY Qadınlar Günü ilə bağlı sərnişinlərə müraciət etdi

Azərbaycan Dəmir Yolları QSC (ADY) Beynəlxalq Qadınlar Gününü ilə bağlı sərnişinlərə müraciət edib.


ADY-dən Axar.az-a verilən məlumata görə, 8 Mart - Beynəlxalq Qadınlar Gününün bazar gününə düşməsi ilə əlaqədar 9 mart bazar ertəsi qeyri-iş günü kimi təsdiqlənib.


"Bu səbəbdən 7, 8 və 9 mart tarixlərində Bakı-Pirşağı-Sumqayıt-Bakı və Bakı-Xırdalan-Bakı marşrutları üzrə qatarlar şənbə-bazar günlərinin qrafiki üzrə hərəkət edəcəklər", - məlumatda qeyd olunur.

Mənbə axar.az

Oxşar Xəbərlər