İdman

"Gənclərbirliyi" - "Qalatasaray" matçının taleyini avtoqol həll etdi - Video

17 Oct 2026, 19:42 2 baxış
"Gənclərbirliyi" - "Qalatasaray" matçının taleyini avtoqol həll etdi - Video
Türkiyə Superliqasının VIII turunda "Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni 0:1 hesabı ilə məğlub edib. Oxu.Az xəbər verir ki, gərgin keçən qarşılaşmada İstanbul təmsilçisi qələbə qolunu oyunun son dəqiqələrində vurub.

Matçın 89-cu dəqiqəsində meydan sahiblərinin qapıçısı İrfan Can Eğribayat avtoqola imza atıb. Bu qol "Qalatasaray"a qələbə qazandırıb. Çətin qələbədən sonra xallarının sayını 19-a çatdıran "Qalatasaray" turnir cədvəlində liderliyini möhkəmləndirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər