Cəmiyyət
Şamaxıdakı güclü zəlzələnin fəsadları: Ağsuda evlərdə çatlar yarandı
Şamaxıda baş verən zəlzələ nəticəsində Ağsu rayonunun bəzi kəndlərindəki ev və yardımçı tikililərdə çatlar yaranıb. Oxu.Az-a daxil olan məlumata görə, yeraltı təkanlar nəticəsində əsasən, Şamaxı ilə yanaşı Ağsu rayonunda da dağıntılar olub. Sakinlərin sözlərinə görə, kəndlərdə onlarla evdə çatlar aşkar edilib, əhaliyə xeyli ziyan dəyib.
{{gallery}} Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hər hansı dağıntı ilə bağlı müraciət daxil olmayıb. Xatırladaq ki, fevralın 27-də yerli vaxtla saat 15:52-də Şamaxı rayonunda 4.7 bal gücündə zəlzələ baş verib. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub. Məhərrəm Əliyev

Mənbə
oxu.az