Digər

Tramp İrana qarşı müharibəyə niyə girdi?

04 Mar 2026, 11:26 2 baxış
Tramp İrana qarşı müharibəyə niyə girdi?

ABŞ Prezidenti Donald Tramp İrana qarşı müharibəni Amerikanın deyil, İsrailin maraqları naminə başlatdı.


Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.


“İsrailin İrana nifrət etməsi və onu məhv etmək istəməsi üçün əsl səbəbi var, çünki İran İsrailə nifrət edir və rəsmi olaraq İsraili məhv etmək istəyir. Buna görə də İsrail birbaşa İranın özündən təhdidlə üzləşir. ABŞ üçün İran düşməndir, amma aktual deyil, aktual təhdid yoxdur.


Tramp niyə İsrailin maraqları naminə müharibəyə başladı? Ən real izah, İsraili mahiyyət etibarilə Allahın yer üzündəki evi hesab edən sionist protestant qrupun Trampın komandasında çox güclü mövqeyə sahib olmasıdır. Və buna görə də Tramp İsrailin maraqları naminə müharibəyə başladı.


İkinci versiya isə İsrailin Baş naziri Benyamin Netanyahu və komandasının Trampı sözün əsl mənasında psixoloji cəhətdən manipulyasiya etməsidir. Bəs Amerika prezidentinin başqa bir ölkənin maraqları naminə müharibəyə başlamasının nəticələri nələrdir? Amerikalılar buna necə baxacaqlar?” - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər