Dünya

Qəzzada bərpa işlərindən əvvəl MÜHÜM ADDIM - Netanyahu razılaşdı

17 Aug 2026, 20:24 1 baxış
Qəzzada bərpa işlərindən əvvəl MÜHÜM ADDIM - Netanyahu razılaşdı
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağı üçün iki işçi qrupunun yaradılması barədə Sülh Şurası ilə razılığa gəlib. Oxu.Az xəbər verir ki, bu barədə Netanyahunun dəftərxanasının baş nazirin ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerlə keçirdiyi görüşün nəticələri ilə bağlı yaydığı bəyanatda bildirilib. Bəyanatda qeyd olunub ki, Qəzzanın silahsızlaşdırılması anklavda bərpa işlərinə başlanılmasından əvvəl başa çatdırılmalıdır. "Baş nazir və Sülh Şurası dərin və konstruktiv müzakirələr aparıblar. İki işçi qrupunun yaradılmasına qərar verilib. Onlardan biri Qəzzanın tərk-silah edilməsi və silahsızlaşdırılması ilə məşğul olacaq. İsrail və Sülh Şurası Qəzzada hər hansı bərpa işinə başlanılmazdan əvvəl bu prosesin başa çatdırılmasına nail olmaq əzmindədir. İkinci işçi qrupu isə sanitariya, təmiz su və Qəzza əhalisinin, eləcə də İsrail xalqının sağlamlığına təsir edən digər ictimai səhiyyə problemlərinə diqqət yetirəcək", - deyə bəyanatda vurğulanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər