Digər
ABŞ ordusu daha bir əməliyyata başladı - Video
ABŞ Ekvadorda terrorçulara qarşı yeni hərbi əməliyyata başlayıb.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı (SOUTHCOM) X sosial şəbəkəsində paylaşım edib.
Bildirilib ki, əməliyyat yerli təhlükəsizlik qüvvələrinin iştirakı ilə həyata keçirilir:
“Bu əməliyyatlar Latın Amerikası və Karib hövzəsindəki tərəfdaşların narkoterrorizm kimi bir şərə qarşı mübarizəyə sadiqliyinin bariz nümunəsidir”.
Qeyd olunub ki, əməliyyatlar regionda təhlükəsizliyin gücləndirilməsinə və transmilli cinayət şəbəkələrinin zərərsizləşdirilməsinə yönəlib.
Mənbə
axar.az