İran 3 gündə 35 PUA və 2 THAAD məhv etdi
Son 24 saat ərzində İsfahan, Qəsri-Şirin, Təbriz, Xuzistan və Tehran hava məkanında “Xatəm əl-Ənbiya” Birgə Hava Hücumundan Müdafiə Komandanlığı sistemləri tərəfindən altı qabaqcıl “Hermes” dronu vurulub.
Axar.az xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında deyilir.
Qeyd olunur ki, son müharibənin başlanğıcından bəri yerüstü hava hücumundan müdafiə qüvvələri, qırıcı təyyarələr və Vahid Hava Hücumundan Müdafiə Şəbəkəsinin tərkibindəki SEPAH bölmələri tərəfindən RQ-19, “Heron”, “Hermes”, “Orbiter” və digər PUA-lar da daxil olmaqla 35 qabaqcıl “düşmən” dronu aşkar edilərək məhv edilib.
Öz növbəsində, ikinci THAAD raket əleyhinə sisteminin İslam İnqilabı Keşikçiləri Korpusunun dəqiq idarə olunan raketləri ilə vurulduğu və sıradan çıxarıldığı barədə də informasiya yayılıb.