Digər
ABŞ-dan Səudiyyə ilə bağlı xəbərdarlıq: Hücum ola bilər!
ABŞ-ın Səudiyyə Ərəbistanındakı səfirliyi ölkənin şərqində yerləşən Dəhran şəhərinə raket və ya pilotsuz uçuş aparatı ilə mümkün hücum təhlükəsinə görə xəbərdarlıq yayıb.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Bildirilib ki, şəhərdə ABŞ konsulluğu, həmçinin Səudiyyə Ərəbistanının dövlət neft nəhəngi olan “Aramko”nun baş qərargahı yerləşir.
Qeyd olunub ki, ötən gün səhər İranın PUA-ları ABŞ-ın Ər-Riyaddakı səfirliyinə hücum edib, nəticədə binaya ziyan dəyib və yanğın baş verib.
Mənbə
axar.az