Digər

BƏƏ İrana zərbə endirə bilər

03 Mar 2026, 23:26 2 baxış
BƏƏ İrana zərbə endirə bilər

BƏƏ müharibənin şiddətlənməsi fonunda İranın raket obyektlərinə zərbələr endirməyi nəzərdən keçirir.


Axar.az xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.


Bildirilib ki, Birləşmiş Ərəb Əmirlikləri öz ərazisinə hücumları dayandırmaq üçün İranın raket obyektlərinə zərbə endirmək imkanlarını araşdırır.


"BƏƏ İrana qarşı aktiv müdafiə tədbirləri görməyi düşünür. Müharibədə birbaşa iştirak etməsələr də, artıq 800 hücuma tab gətirə biliblər".

Mənbə axar.az

Oxşar Xəbərlər