Digər

Lavrov Arakçı ilə danışdı, tam dəstək verdi

03 Mar 2026, 23:48 2 baxış
Lavrov Arakçı ilə danışdı, tam dəstək verdi

Rusiya xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Abbas Arakçı arasında telefon danışığı baş tutub.


Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.


Məlumata görə, nazirlər ABŞ və İsrailin İrana qarşı silahlı hücumu nəticəsində regionda baş verən hadisələri müzakirə ediblər:


"Bu cür addımların beynəlxalq hüququn fundamental normalarını pozduğu və bütün Yaxın Şərq üçün ağır nəticələrə səbəb olduğu vurğulanıb. Bu mövqe BMT Təhlükəsizlik Şurasının iclasında Rusiya nümayəndəsi tərəfindən açıq şəkildə təkrarlanıb”.


Bildirilib ki, Sergey Lavrov gərginliyinin azaldılması, güc tətbiqindən imtina və münaqişənin siyasi və diplomatik yolla həlli ilə bağlı prinsipial mövqeyini, eləcə də Rusiyanın buna tam dəstək verməyə hazır olduğunu təsdiqləyib.

Mənbə axar.az

Oxşar Xəbərlər