İqtisadiyyat

Dan Yorgensen: "Göstərilən səyləri və təşəbbüsləri diqqətlə izləyirik"

03 Mar 2026, 18:12 1 baxış
Dan Yorgensen: "Göstərilən səyləri və təşəbbüsləri diqqətlə izləyirik"
"Azərbaycanın Avropaya enerji ixracının artırılması məsələsində infrastrukturun tam şəkildə qurulmasını təmin etmək üçün mərhələli prosedurların həyata keçirilməsi vacibdir. Eyni zamanda, hökumətlə cəmiyyət arasında, eləcə də prosesdə iştirak edən dövlətlər arasında koordinasiya və kommunikasiyanın gücləndirilməsi mühüm əhəmiyyət daşıyır". Oxu.Az xəbər verir ki, bu fikirləri Avropa İttifaqının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensen Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclaslarının yekunlarına dair həsr olunmuş mətbuat konfransında deyib. O bildirib ki, bu işlər davamlı əsasda aparılır: "Biz həmçinin bu istiqamətdə göstərilən səyləri və təşəbbüsləri diqqətlə izləyirik. Hesab edirik ki, bu, ümumi məqsədlərimizin reallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir və göstərdiyiniz səylərə görə sizə minnətdarıq". Məhərrəm Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər