İqtisadiyyat
SOCAR-la Bolqarıstanın enerji şirkətləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Martın 3-də SOCAR-ın prezidenti Rövşən Nəcəf Bolqarıstanın energetika naziri vəzifəsini müvəqqəti icra edən Trayço Traykovla görüşüb. Oxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Görüşdə Azərbaycanla Bolqarıstan arasında uzunmüddətli strateji tərəfdaşlıq əlaqələrinin enerji sektorunda da uğurla inkişaf etdiyi qeyd olunub. Bu xüsusda, SOCAR-ın Bolqarıstanda ofisinin açılmasının enerji sektorunda əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verdiyi vurğulanıb. Söhbət zamanı Cənub Qaz Dəhlizinin, o cümlədən Trans-Adriatik Boru Kəməri (TAP) və Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) layihələrinin Bolqarıstana etibarlı və fasiləsiz təbii qaz təchizatının təmin edilməsində rolu xüsusi qeyd olunub. Görüşdə SOCAR-la Bolqarıstanın enerji şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az