İqtisadiyyat

Azərbaycan Rusiyanın şokolad ixracında əhəmiyyətli paya sahibdir

03 Mar 2026, 16:44 1 baxış
Azərbaycan Rusiyanın şokolad ixracında əhəmiyyətli paya sahibdir
Azərbaycan Rusiyadan ən çox şokolad idxal edən ölkələrdən biridir. Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "Agroexport" mərkəzi məlumat yayıb. Məlumata görə, ötən il Rusiyanın şokolad ixracı 224 min ton olub. Bu da təxminən bir milyard dollarlıq rekord səviyyədir. Rusiya şokoladının ən böyük alıcıları Qazaxıstan (təxminən 300 milyon dollar), Belarus (188 milyon dollar) və Özbəkistan (107 milyon dollar) olub. Xəbərdə bildirilir ki, Qırğızıstan, Azərbaycan, Ermənistan, Çin, Gürcüstan, Tacikistan və Monqolustan da Rusiyadan əhəmiyyətli həcmdə məhsul alıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər