İqtisadiyyat
SOCAR-ın vitse-prezidentləri VNG AG şirkətinin nümayəndə heyəti ilə görüşüblər
SOCAR-ın vitse-prezidentləri Elşad Nəsirov və Əfqan İsayev VNG AG şirkətinin nümayəndə heyəti ilə görüş keçiriblər. Oxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Bildirilib ki, görüş zamanı SOCAR ilə VNG AG arasında təbii qaz və bərpa olunan enerji sahələrində əməkdaşlığın genişləndirilməsi ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb. Görüş çərçivəsində, həmçinin qaz infrastrukturundan istifadə imkanları, bərpa olunan enerji və aşağı karbonlu qaz həlləri üzrə potensial əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib.
Mənbə
oxu.az