İqtisadiyyat
AYNA yollarda nişanlanma işlərinə 29,8 milyon manat xərcləyəcək
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) respublika ərazisində yollarda nişanlanma işləri aparacaq. Oxu.Az-ın məlumatına görə, işlərə müxtəlif nişan dirəyinin sökülməsi və ya təmiri, tənzimləyici nəqliyyat (yol) güzgülərinin alınması, piyada istiqamət göstərici lövhələrinin quraşdırılması və başqa xidmətlər daxildir. Sözügedən xidmətlərin göstərilməsinə xərclənəcək ilkin ehtimal olunan məbləğ 29 milyon 854 min 737 manatdır. Məlik Məlikov
Mənbə
oxu.az