İqtisadiyyat

Mövsümi işlərə cəlb edilən şəxslərə ödənilən məbləğin yuxarı həddi ARTIRILIB

03 Mar 2026, 13:46 1 baxış
Mövsümi işlərə cəlb edilən şəxslərə ödənilən məbləğin yuxarı həddi ARTIRILIB
"Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları"nda dəyişiklik edilib. Oxu.Az-ın məlumatına görə, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov müvafiq qərar imzalayıb. Sənədə əsasən, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi otuz manat məbləğində müəyyən olunub. Qeyd edək ki, bu məbləğ daha əvvəl 20 manat idi. Məlik Məlikov
Mənbə oxu.az

Oxşar Xəbərlər