İqtisadiyyat

Yaxın Şərqdə baş verən münaqişə qızılın və gümüşün qiymətinə də təsir etdi

03 Mar 2026, 12:24 1 baxış
Yaxın Şərqdə baş verən münaqişə qızılın və gümüşün qiymətinə də təsir etdi
Qızılın qiymətləri Yaxın Şərqdəki münaqişənin müddəti və miqyası ilə bağlı qeyri-müəyyənlik fonunda bahalaşıb. Oxu.Az xəbər verir ki, bu, ticarət məlumatlarından irəli gəlir. Bakı vaxtı ilə saat 09:25-ə olan məlumata görə, Nyu-York Ticarət Birjasının bölməsi "Comex"də aprel ayı üzrə qızıl füçerslərinin qiyməti 62.3 dollar və ya 1.17% artaraq, trua unsiyası üçün 5 373.9 dollara çatıb. May ayında çatdırılma ilə gümüş füçerslərinin qiyməti isə 1.32% artaraq, trua unsiyası üçün 90.025 dollar olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər