Dünya

İran hava məkanının bağlı qalma müddətini uzada bilər

03 Mar 2026, 12:00 2 baxış
İran hava məkanının bağlı qalma müddətini uzada bilər
İranın hava məkanının daha dörd gün, yəni martın 7-də səhər saatlarına qədər bağlı qalması ehtimal edilir. Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Xəbərdə deyilir ki, əldə olunan son məlumatlara əsasən, ölkə səması martın 7-də yerli vaxtla saat 12:00-a (Bakı vaxtı ilə saat 12:30) qədər bağlı olaraq qalacaq. Xatırladaq ki, bundan əvvəl İran səmasının uçuşlara bağlanması martın 3-də saat 12:00-a qədər nəzərdə tutulmuşdu. Hazırda Yaxın Şərq regionunda cərəyan edən hadisələrlə əlaqədar İraq, Küveyt, Bəhreyn, Qətər və Suriyanın hava məkanları da mülki aviasiya uçuşları üçün bağlanıb, BƏƏ-nin hava məkanında qismən məhdudiyyətlər tətbiq olunub, İsrail səması vaxtaşırı bağlanır və İordaniya üzərindən uçuşlar axşam və gecə saatlarında həyata keçirilmir.
Mənbə oxu.az

Oxşar Xəbərlər