İqtisadiyyat

Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı - ÖZƏL

03 Mar 2026, 08:40 1 baxış
Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı - ÖZƏL
Bakı Metropoliteninin üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix məlum olub. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Tikinti layihələrinin idarə edilməsi departamentinin rəisi Məmməd Rzayev deyib. O bildirib ki, yeni metro stansiyası "Dərnəgül" deposu ərazisində olacaq: "Deponun ərazisində, həmçinin yerüstü stansiya da fəaliyyətə başlayacaq. Depo və yeni stansiyada tikinti-quraşdırma işləri davam edir. Gələn ilin sonuna qədər işlər başa çatacaq, depo və yerüstü stansiya fəaliyyətə başlayacaq". Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər