Digər
İran ABŞ bazalarına doğru yeni raketini buraxdı - Video
İranın yeni və çox ağır raketi buraxılıb.
Axar.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.
Məlumata görə, hazırda İran tərəfindən bölgədə yerləşən ABŞ bazaları istiqamətinə fərqli tip raket buraxılışı həyata keçirilib.
Detallar açıqlanmayıb.
Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.
İran cavab olaraq ABŞ-ın bölgədəki hərbi bazalarına və İsrailə zərbələr endirir.
Mənbə
axar.az