Dünya

Çin Yerin zondlanması üçün yeni peykini orbitə çıxardı - VİDEO

17 Aug 2026, 17:48 2 baxış
Çin Yerin zondlanması üçün yeni peykini orbitə çıxardı - VİDEO
Çin Yerin məsafədən zondlanması üçün nəzərdə tutulan peykini uğurla orbitə göndərib. Oxu.Az xəbər verir ki, bu barədə avqustun 17-də Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat yayıb.

CASC "CZ-2" daşıyıcı raketinin buraxılışı bazar ertəsi Pekin vaxtı ilə saat 11:02-də (Bakı vaxtı ilə saat 07:02) şimaldakı Şansi əyalətində yerləşən Tayyuan kosmodromundan həyata keçirilib. "Çançjen" seriyasından olan daşıyıcılar üçün bu, sayca 664-cü uçuş olub. CASC kosmik aparatın adını açıqlamayıb. "CZ-2C" raketi 42 metr uzunluğunda, 3.35 metr örtük diametrli, maye yanacaqla işləyən ikimərhələli aparatdır. O, aşağı Yer orbitinə 2.85 tona qədər, geostasionar keçid orbitinə isə bir tona qədər faydalı yük çıxarmaq qabiliyyətinə malikdir. Bu, qeyd olunan modelin tarixində 88-ci, 2026-cı ildə isə 4-cü buraxılışıdır. Pekin meteoroloji, telekommunikasiya və naviqasiya təyinatlı peykləri, eləcə də Ay texnologiyalarını inkişaf etdirərək milli kosmik proqramının miqyasını daha da genişləndirir. 2025-ci ildə Çin 92 buraxılış həyata keçirərək öz rekordunu yeniləyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər