Digər

Türkiyədən növbəti İran açıqlaması: Ağır nəticələri olacaq

02 Mar 2026, 21:56 2 baxış
Türkiyədən növbəti İran açıqlaması: Ağır nəticələri olacaq

Danışıqlar fonunda zərbələrin endirilməsi dialoq imkanlarını sarsıdır. Bu, son dərəcə yanlış addımdır və son dərəcə ağır nəticələrə gətirib çıxaracaq. Diplomatiya əvvəlcədən planlaşdırılmış hücumlar üçün örtük ola bilməz.


Axar.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəsi Ömer Çelik İran və Yaxın Şərqdəki münaqişəni şərh edərkən deyib.


O bildirib ki, BMT üzvü olan İrana zərbələrin heç bir hüquqi əsası yoxdur.


Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.


İran cavab olaraq ABŞ-ın bölgədəki hərbi bazalarına və İsrailə zərbələr endirir.

Mənbə axar.az

Oxşar Xəbərlər