İqtisadiyyat

Yaxın Şərqdəki münaqişələr qaz bazarını vurdu: Qiymətlər kəskin qalxdı

02 Mar 2026, 19:24 1 baxış
Yaxın Şərqdəki münaqişələr qaz bazarını vurdu: Qiymətlər kəskin qalxdı
London Fond Birjasında ticarət zamanı təbii qazın qiyməti tarixdə ilk dəfə olaraq 1 000 kubmetrə görə 500 ABŞ dolları həddini keçib. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi xəbər yayıb. Mənbənin bildirdiyinə əsasən, qiymət artımı Yaxın Şərq regionunda davam edən silahlı münaqişələr və enerji təchizatı ilə bağlı yaranmış risklərlə əlaqələndirilir. Analitiklər hesab edirlər ki, geosiyasi gərginlik və tədarük zəncirində mümkün fasilələr enerji bazarlarında qeyri-müəyyənliyi artırır və bu da qiymətlərin yüksəlməsinə səbəb olur.
Mənbə oxu.az

Oxşar Xəbərlər