Digər

Düşmənlərimizi peşman edəcəyik - Laricani

02 Mar 2026, 18:00 2 baxış
Düşmənlərimizi peşman edəcəyik - Laricani

İran ABŞ-dan fərqli olaraq, uzunmüddətli müharibəyə hazırlaşıb.


Axar.az xəbər verir ki, bunu İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani özünün X səhifəsində yazıb.


“Son 300 ildə olduğu kimi, bu müharibəni İran başlatmadı və cəsur silahlı qüvvələrimiz müdafiədən başqa heç bir hücuma qoşulmadı.


Nəyin bahasına olursa olsun, özümüzü və 6000 illik sivilizasiyamızı şiddətlə müdafiə edəcək və düşmənləri səhv hesablamalarına görə peşman edəcəyik”, - o qeyd edib.


Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Endirilən zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.

Mənbə axar.az

Oxşar Xəbərlər