Digər

İran təhlükəsi: Afina Kiprə F-16-lar göndərir

02 Mar 2026, 17:09 2 baxış
İran təhlükəsi: Afina Kiprə F-16-lar göndərir

Yunanıstan adanın təhlükəsizliyini gücləndirmək üçün Kiprə 2 freqat və 2 ədəd F-16 qırıcısı göndərir.


Axar.az xəbər verir ki, bunu Yunanıstan müdafiə naziri Nikos Dendias deyib.


O bildirib ki, qərar Baş nazir Kiriakos Miçotakisin Kipr Prezidenti Nikos Xristodulidislə məsləhətləşmələrindən sonra qəbul edilib.


Dendias vurğulayıb ki, Yunanıstan böhran ərzində Kiprin müdafiə qabiliyyətini dəstəkləyəcək.


Müdafiə naziri həmçinin bildirib ki, fəaliyyətin koordinasiyası üçün Baş Qərargah rəisi ilə birgə Nikosiyaya yollanacaq:


“Afina ABŞ və İsrailin İrana zərbələrindən sonra Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda təhlükəsizlik tədbirlərini gücləndirir”.


Qeyd edək ki, ötən gün İran Kiprdəki Britaniya hərbi bazalarına iki raket atıb.

Mənbə axar.az

Oxşar Xəbərlər