Digər

Qətər qaz istehsalını dayandırdı

02 Mar 2026, 17:47 2 baxış
Qətər qaz istehsalını dayandırdı

“Qətər Enerji” şirkəti mayeləşdirilmiş təbii qaz (LNG) istehsalını dayandırıb.


Axar.az xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.


Məlumata görə, qərar hərbi hücumlar nəticəsində Ras-Laffan və Mesayyeddəki obyektlərə zərər dəydikdən sonra verilib.


Qeyd edək ki, daha əvvəl Qətər hökuməti Ras-Laffan sənaye şəhərinə dron hücumunun edildiyini və partlayışların baş verdiyini bildirib. Ras-Laffan dünyanın təbii qaz anbarı kimi tanınır. Dünyanın ən böyük LNG tankerləri və qaz anbarları orada yerləşir.

Mənbə axar.az

Oxşar Xəbərlər