Digər

ABŞ bu təklif rədd edildiyi üçün hücuma keçdi

02 Mar 2026, 15:23 2 baxış
ABŞ bu təklif rədd edildiyi üçün hücuma keçdi

ABŞ və İsrail bir həftə əvvəl (21 fevral) İrana zərbə endirməyi planlaşdırsalar da, hava, kəşfiyyat və koordinasiya səbəblərinə görə hücum təxirə salınıb.


Axar.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.


“ABŞ rəsmiləri Cenevrə danışıqlarının bir hiylə olmadığını bildirərək deyiblər ki, onlar son təklif irəli sürüblər: 10 illik uranın zənginləşdirilməsinə moratorium və ABŞ tərəfindən təmin edilən mülki nüvə yanacağı.


Trampın komandası xəbərdarlıq edib ki, İran bu təklifi rədd edərsə, güc tətbiq olunacaq”, - məlumatda bildirilib.


Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Endirilən zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.

Mənbə axar.az

Oxşar Xəbərlər