Digər

Oman sahillərində növbəti tanker vuruldu - Video

02 Mar 2026, 15:45 2 baxış
Oman sahillərində növbəti tanker vuruldu - Video

Oman sahillərində neft tankerinə hücum edilib.


Axar.az xəbər verir ki, bu barədə Omanın Dəniz Təhlükəsizliyi Mərkəzi məlumat yayıb.


“Oman sahilləri yaxınlığında neft tankeri partlayıcı ilə yüklənmiş qayıq tərəfindən hücuma məruz qalıb. Bir ekipaj üzvü həlak olub.


Neft tankeri Maskat sahillərindən 52 dəniz mili məsafədə vurulub. Hücum nəticəsində mühərrik otağında yanğın və partlayış baş verib.


21 nəfərdən ibarət qalan heyət təxliyə edilib”, - məlumatda bildirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər