Dünya

İran BAEA Şurasının təcili fövqəladə iclasını tələb edib

28 Feb 2026, 20:06 2 baxış
İran BAEA Şurasının təcili fövqəladə iclasını tələb edib
İranın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi İsrail və ABŞ-nin hücumlarından sonra Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarəçilər Şurasının fövqəladə iclasının keçirilməsini istəyib. Oxu.Az xəbər verir ki, bu barədə İslam Respublikasının missiyası "X" sosial şəbəkəsində məlumat yayıb. Bəyanatda bildirilir ki, fevralın 28-dən başlayan İsrail və ABŞ-nin davam edən hücumları fonunda Vyanadakı nümayəndəlik MAQATE-nin baş direktoru Rafael Qrossiyə ünvanladığı məktubda agentliyin İdarəçilər Şurasının təcili iclasının çağırılmasını tələb edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər