Digər
İsraildən xaricdəki vətəndaşlarına xəbərdarlıq
İsrail xaricdəki vətəndaşlarını israillilərə qarşı mümkün terror aktları ilə əlaqədar ehtiyatlı olmağa çağırıb.
Axar.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman Teleqram kanalında yazıb.
"İranla qarşıdurmanın kəskinləşməsi ilə əlaqədar İsrailin Milli Təhlükəsizlik Şurası xaricdəki bütün israilliləri dünyanın istənilən ölkəsində ehtiyat tədbirlərinə riayət etməyə çağırır", - o qeyd edib.
Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.
Mənbə
axar.az