Cəmiyyət

AZAL: "Naxçıvan istiqaməti üzrə reyslər ştat rejimində həyata keçirilir"

28 Feb 2026, 15:20 2 baxış
AZAL: "Naxçıvan istiqaməti üzrə reyslər ştat rejimində həyata keçirilir"
"Naxçıvan istiqaməti üzrə planlaşdırılan reyslər ştat rejimində həyata keçirilir". Bu barədə Oxu.Az-a "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən bildirilib. Məlumatda qeyd olunub ki, AZAL Yaxın Şərqdəki mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər mümkün dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar. Əlavə məlumat əldə etmək üçün sərnişinlər [email protected] imeyl ünvanı vasitəsilə aviaşirkətlə əlaqə saxlaya bilərlər. Məhərrəm Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər