Cəmiyyət

Yük maşınları İran–Azərbaycan sərhədindən keçməyə davam edəcək? - RƏSMİ AÇIQLAMA

28 Feb 2026, 14:40 2 baxış
Yük maşınları İran–Azərbaycan sərhədindən keçməyə davam edəcək? - RƏSMİ AÇIQLAMA
"Yük maşınlarının İran-Azərbaycan sərhədindən keçməsi ilə bağlı hər hansı problem yaşanmır, məhdudiyyət tətbiq edilmir". Bu, Oxu.Az-ın sorğusuna cavab olaraq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Qeyd olunub ki, daşıyıcılarla mütəmadi əlaqə saxlanılır və vəziyyət nəzarətdədir. "Məsələdə hər hansı dəyişiklik olarsa, ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə məlumatda vurğulanıb. Məhərrəm Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər