Cəmiyyət

Yük maşınlarının İran sərhədindən keçməsi: Məhdudiyyət var?

28 Feb 2026, 14:20 2 baxış
Yük maşınlarının İran sərhədindən keçməsi: Məhdudiyyət var?

Yük nəqliyyat vasitələrinin İran-Azərbaycan sərhədindən keçməsi ilə bağlı hər hansı bir problem yaşanmır və məhdudiyyət tətbiq olunmur.


Axar.az xəbər verir ki, bu barədə Reporta-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.


Qeyd edilib ki, daşıyıcılarla mütəmadi olaraq əlaqə saxlanılır və məsələ nəzarətdədir.


"Hər hansı dəyişiklik olarsa, ictimaiyyətə məlumat veriləcək", - məlumatda vurğulanıb.


Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.

Mənbə axar.az

Oxşar Xəbərlər