Digər
İran bu ölkələrdəki ABŞ hədəflərini vurdu - Video
İran ordusu Bəhreyn və Qətərdəki ABŞ hədəflərinə hücumlar edib.
Axar.az xəbər verir ki, bu barədə Teleqram kanalları görüntülər paylaşıb.
Qeyd olunub ki, Qətərdəki “Əl-Udeyd” hava bazası hücuma məruz qalıb.
Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.
Mənbə
axar.az