İqtisadiyyat
Dağınıq skleroz xəstəliyinin müalicəsinə 6,4 milyon manat xərclənəcək
"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsinin "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair xərclər çərçivəsində dərman vasitələri"nin satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb. Oxu.Az-ın məlumatına görə, satınalmanın qalibi "Zeytun Pharmaceuticals" MMC olub. Qeyd olunan xidmətin göstərilməsinə 6 milyon 489 min 554 manat xərclənəcək. Məlik Məlikov
Mənbə
oxu.az