Cəmiyyət

Şamaxıda güclü zəlzələ: xəsarət alan var?

27 Feb 2026, 16:28 2 baxış
Şamaxıda güclü zəlzələ: xəsarət alan var?

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 27.02.2026-cı il tarixində yerli vaxtla saat 15:52-də Şamaxı rayonunda 4.7 bal gücündə zəlzələ qeydə alınıb.


Bu barədə Axar.az-a FHN-dən məlumat verilib.


Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.


Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər