Cəmiyyət
2025-ci ildə turizmin iqtisadiyyatda payı ilk dəfə 5,3 faizə yüksəlib
"Son dövrlərdə ölkəmizin gəlmə turizmi üzrə statistikasına təsir edən regional geosiyasi hadisələrə baxmayaraq, rəsmi rəqəmlərin təhlili bu sahənin müsbət dinamika ilə inkişaf etdiyini göstərir. Belə ki, 2021-2025-ci illər üzrə post-pandemiya dövründə turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyəti sahəsində ÜDM istehsalı hər il orta hesabla 24.5% artaraq 3.6 milyard manata çatıb. Bu isə COVID-19 pandemiyasından əvvəlki səviyyə ilə müqayisədə 23.2% çoxdur". Oxu.Az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Milli Məclisdə "Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən ictimai dinləmədə deyib. "İlkin nəticələrə görə turizm sahəsində yaradılan cəmi əlavə dəyər isə 2025-ci ildə 6.9 milyard manat olub. Nəticədə 2025-ci ildə turizm sektorunun iqtisadiyyatda payı tarixdə ilk dəfə 5.3 faizə yüksəlib" - deyə, agentlik sədri vurğulayıb. Mərahim Nəsib
Mənbə
oxu.az