Cəmiyyət

Azərbaycanda yeni fondun yaradılacağı tarix açıqlandı

27 Feb 2026, 15:00 2 baxış
Azərbaycanda yeni fondun yaradılacağı tarix açıqlandı
Startap ekosisteminə invesitisiya qoyuluşunu həyata keçirəcək yerli və beynəlxalq vençur kapitalı fondlarından ibarət birgə "Fondlar Fondu"nun yaradılması 2027-ci ilin iyun ayında başa çatdırılacaq. Oxu.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb. Sənədə əsasən, yerli və beynəlxalq vençur fondları üzrə bazar və uyğunluq təhlili aparılması, təhlillər nəticəsində ən uyğun yerli və beynəlxalq vençur kapitalı fondlarının seçilməsi və əməkdaşlığın qurulması planlaşdırılır. Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər