Cəmiyyət

Bakıda görünməmiş hadisə: Yeni səki salınması NARAZILIĞA SƏBƏB OLDU - VİDEO

27 Feb 2026, 13:34 2 baxış
Bakıda görünməmiş hadisə: Yeni səki salınması NARAZILIĞA SƏBƏB OLDU - VİDEO
Bakının Nərimanov rayonu ərazisində yol kənarına yeni səkinin salınması sakinlərin narazılığına səbəb olub. Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.
Şikayətçi iddia edib ki, Mirzəbala Əhmədzadə küçəsi ilə Əli Cabbar Orucəliyev küçələri arasındakı yolda səkinin genişləndirilməsinə ehtiyac yoxdur. Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirib ki, sözügedən ərazidə səki hissəsinin az, piyada axınının isə çox olması, eyni zamanda sakinlərin müraciətləri nəzərə alınaraq piyadaların rahat hərəkətini təmin etmək məqsədilə səki təşkil olunur.
"İşlər çərçivəsində həmin ərazidə 8 parklanma yeri ləğv olunur. Avtomobillərin parklanması üçün ətrafda kifayət qədər yer mövcuddur. Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində paytaxtda piyadaların maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə küçə və prospektlər üzrə səkilərin mövcud vəziyyəti araşdırılır, tələblərə uyğun səkilərin inşası və bərpası üçün zəruri tədbirlər görülür", - deyə T.Orucov bildirib. Əzizə İsmayılova
Bakıda görünməmiş hadisə: Yeni səki salınması NARAZILIĞA SƏBƏB OLDU - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər