Cəmiyyət

Dövlət Komitəsinin 8 Mart tədbiri ləğv olundu

27 Feb 2026, 13:14 2 baxış
Dövlət Komitəsinin 8 Mart tədbiri ləğv olundu

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir təxirə salınıb.


Axar.az Teleqraf-a istinadən xəbər verir ki, tədbirin martın 5-də Bakıda keçirilməsi nəzərdə tutulsa da, qərar sonradan bir sıra səbəblərdən ləğv edilib.


Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu açıqlamasında martın 5-də keçirilməsi nəzərdə tutulan tədbirin təxirə salındığını təsdiq edib.


Qurum rəsmisi bunun səbəbini Komitə sədri Bahar Muradovanın xaricə səfərləri, o cümlədən bir sıra mühüm qonaqların planları ilə əlaqələndirib. O, tədbirin başqa bir tarixdə keçiriləcəyini istisna etməyib.


Əldə edilən məlumata görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təkcə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbiri yox, nəzərdə tutulan digər rəsmi tədbirləri də ixtisara düşüb.


Qeyd edək ki, bundan öncəki illərdə Komitənin sözügedən tədbiri 5-6 mart tarixlərində keçirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər