Cəmiyyət
Bu xanıma yüksək vəzifə verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinin Əməyin Mühafizəsi Mərkəzinə yeni departament direktoru təyin edilib.
Axar.az Valyuta.az-a istinadla xəbər verir ki, Nigar Əkbərovaya mərkəzin İnsan resurslarının idarə edilməsi və proseslərin təkmilləşdirilməsi departamentinin direktoru vəzifəsi həvalə olunub.
Qeyd edək ki, N.Əkbərova 2025-ci ildən indiyə qədər Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) törəmə cəmiyyəti olan "DOST İş Mərkəzi" MMC-də Monitorinq və Hüquq şöbəsinin müdiri vəzifəsini icra edib.
Mənbə
axar.az