Cəmiyyət
Vasif Talıbovun təyin etdiyi qadın direktor vəzifədən azad olundu
Naxçıvan Tibb Kollecinin direktoru vəzifəsindən azad olunub. Oxu.Az APA-ya istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, kollecin direktoru Sona Məmmmədova vəzifəsindən azad edilib. Kollecin direktor vəzifələrinin müvəqqəti icrası Səidə Şahverdiyevaya həvalə olunub. Fotoda Sona Məmmədova
Fotoda Səidə Şahverdiyeva
Qeyd edək ki, S.Məmmədova 2016-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri Vasif Talıbovun müvafiq sərəncamı ilə direktor təyin edilmişdi. Azərbaycan Respublikası Baş Nazirinin 31 iyul 2023-cü il tarixli qərarına əsasən, Naxçıvan Tibb Kolleci Azərbaycan Elm və Təhsil Nazirliyi Naxçıvan Dövlət Universitetinin nəzdinə verilib.

Mənbə
oxu.az