Cəmiyyət

Naxçıvanda mühüm vəzifə Fazil Məmmədova tapşırıldı

27 Feb 2026, 12:38 2 baxış
Naxçıvanda mühüm vəzifə Fazil Məmmədova tapşırıldı
Bu ilin yanvarında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparat rəhbəri vəzifəsindən uzaqlaşdırılan Ülvi Hüseynlinin səlahiyyətləri onun müavini Fazil Məmmədova tapşırılıb. Oxu.Az "Teleqraf"a istinadla xəbər verir ki, məlumatı Fazil Məmmədov təsdiq edib. Qeyd edək ki, 1970-ci il təvəllüdlü Fazil Məmmədov Naxçıvan Ali Məclisinin Aparat rəhbərinin müavini vəzifəsinə 2025-ci ilin aprelində təyin olunub. Ülvi Hüseynli isə Aparat rəhbəri vəzifəsinə 2020-ci ildə gətirilmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər