Cəmiyyət

Xəstəxanada əməliyyat: komissiya sədri saxlanıldı - Foto

27 Feb 2026, 12:08 2 baxış
Xəstəxanada əməliyyat: komissiya sədri saxlanıldı - Foto

1 saylı Maştağa Psixiatriya Xəstəxanasında hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.


Axar.az Unikal.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı sözügedən xəstəxananın baş həkimininin müavini - hərbi həkim komissiyasının sədri Elxan Əsədov barəsindəki korrupsiya iddialarına görə saxlanılıb.


Daha sonra o, sərbəst buraxılıb.


Xatırladaq ki, E.Əsədov 2023-cü ildə bu vəzifəyə təyin edilmişdi. Onu da qeyd edək ki, 1 saylı Maştağa Psixiatriya Xəstəxanasının baş direktoru Orxan Cəfərovdur.

Mənbə axar.az

Oxşar Xəbərlər