Cəmiyyət

Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

27 Feb 2026, 09:58 2 baxış
Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

Azərbaycan Dəmir Yolları QSC (ADY) Novruz bayramı münasibətilə Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.


Bu barədə Axar.az-a səhmdar cəmiyyətindən bildirilib.


Belə ki, 21, 23, 25 və 28 mart tarixlərində sərnişinlər bu marşrut üzrə hər iki istiqamətə səfər edə biləcəklər.


Qatar Bakıdan Ağdama saat 07:10-da, Ağdamdan Bakıya isə saat 18:10-da yola düşəcək.


ADY sərnişinlərə bayram hazırlığına indidən başlamağı tövsiyə edir. Sərnişinlər biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.

Mənbə axar.az

Oxşar Xəbərlər