Cəmiyyət

43 yaşlı həkim əməliyyatdan sonra öldü - Foto

27 Feb 2026, 10:12 2 baxış
43 yaşlı həkim əməliyyatdan sonra öldü - Foto

Xəzər Tibb Mərkəzinin həkim-neantoloqu Gülnarə Əkbərova vəfat edib.


Axar.az xəbər verir ki, bu barədə mərkəzin sosial şəbəkə hesabında paylaşım edilib.


“Böyük kədər hissi ilə bildiririk ki, fevral ayının 25-dən 26-a keçən gecə Xəzər Tibb Mərkəzinin həkimi Gülnarə Əkbərova vəfat edib”, - məlumatda qeyd olunub.


Paylaşıma yazılan rəylərə əsasən, 43 yaşlı həkimin cərrahi əməliyyatdan sonra vəziyyəti ağırlaşıb və bu səbəbdən dünyasını dəyişib.


Onun harada, nədən əməliyyat olunduğu qeyd olunmayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər