Hərbi əməliyyatlar başa çatdı - Əfqanıstan
Pakistana qarşı hərbi əməliyyatlar başa çatdı.
Axar.az xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb.
“İslam Əmirliyi Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birbaşa əmri ilə hərbi əməliyyat uğurla başa çatdı. Pakistan hərbi rejiminin günahsız qadın və uşaqların ölümünə səbəb olan təcavüzünə cavab olaraq gecə boyu qətiyyətli zərbələr endirilib”, - məlumatda bildirilib.
Qeyd edək ki, dünəndən etibarən Pakistan və Əfqanıstan arasında silahlı qarşıdurmalar başlayıb. Taliban qüvvələri Pakistanın bir hərbi bazasını və 19 sərhəd-keçid məntəqəsini ələ keçirib. Bundan başqa, Pakistan Hərbi Hava Qüvvələrinə məxsus qırıcının vurulduğu bildirilir. Pakistan açıq müharibəyə başladığını elan edib.
İndiyədən hər iki tərəfdən onlarla əsgərin öldüyü iddia edilir.